Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Belarus koronavirusla mübarizədə yeni mərhələyə qədəm qoyur

Baxılıb: 656     Tarix: 12-04-2020 09:36   

Bu həftə Belarus Respublikasına səfər edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyətinə rəhbərlik edən Patrik O Connor ölkədə kütləvi şəkildə yayılan koronavirus epidemiyasının qarşısının alınması üçün tədbirlər görüldüyünü bildirib.
APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, o qeyd edib ki, 1994-cü ildən bəri 9.5 milyon əhalisi olan keçmiş sovet ölkəsinin Prezidenti Aleksandr Lukaşenko son həftələrdə virusun yayılmasının qarşısını almaq üçün sosial məsafə və digər tədbirlərin görülməməsini vacib sayıb: “Halbu ki, prezident öncə araq içmək, traktor sürmək və saunada çimməyin koronavirusla mübarizəyə kömək edə biləcəyini düşünürdü. Kütləvi xokkey matçları, futbol oyunları və s”.
ÜST rəsmisi paytaxt Minskdə və ölkənin digər yerlərində kütləvi tədbirlərin olduğundan narahatlığını gizlətməyib:
"Biz kütləvi tədbirlərin hələ də keçirildiyini görürük. Bu vəziyyətdən narahatıq. Yeni tədbirlərin görülməsi zəruridir”.
Belarusun yeni bir mərhələyə qədəm qoyduğunu deyən Patrik O Connor Belarusda sosial məsafənin tətbiq edilməsini, kütləvi tədbirlərin qadağan olunmasını tövsiyə edərək, təcridetmənin davam etdirilməsinin, virusa yoluxmuş xəstələrlə təmasda olanların aşkar edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Belarusda bu günə qədər 2222 virusa yoluxma, 23 ölüm hadisəsi qeydə alınıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər