Əsədə korona zərbəsi: Dəqiq say açıqlanmır...
Baxılıb: 778 Tarix: 13-04-2020 10:31
Əsəd rejiminin nəzarət etdiyi bölgələrdə bir çox insan yeni tip koronavirusa yoluxsa da, dəqiq rəqəmlər açıqlanmır.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında Suriya Müvəqqəti Hökumətinin Baş naziri Əbdürrəhman Mustafa deyib.
O bildirib ki, pandemiya ilə mübarizə çərçivəsində “Fərat qalxanı” bölgəsi, Afrin və İdlibdəki qaçqın düşərgələrində qabaqlayıcı tədbirlər görülüb:
“Suriya müxaliflərinin nəzarət etdiyi bölgələrdə hələ ki koronavirusa yoluxma faktı aşkarlanmayıb. Bu mövzuda Türkiyənin həm Səhiyyə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə işləyirik”.
O qeyd edib ki, həm PYD/YPG-nin olduğu ərazilərdən, həm də rejimin nəzarətində olan bölgələrdən giriş-çıxışlar tamamilə bağlanıb:
“Çünki Əsəd rejiminin nəzarət etdiyi bölgələrdə xeyli insan yeni tip koronavirusa yoluxub".
Ən çox oxunanlar
Son xəbərlər