Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Antibiotiklərin koronavirus təhlükəsi - Rusiyalı akademik xəbərdarlıq etdi

Baxılıb: 825     Tarix: 14-04-2020 16:43   

Məşhur rusiyalı immunoloq alim, akademik Valeri Çereşnev koronavirusdan qorunmaq üçün antibiotiklərə müraciət edənləri ehtiyatlı olmağa çağırıb. 
“AzPolitika.info” xəbər verir ki, “Rossiyskaya Qazeta”-ya açıqlama verən akademik antibiotiklərdən nəzarətsiz istifadənin insanların immunitetinə çox pis təsir etdiyini bildirib.
V.Çereşnev qeyd edib ki, antibiotik qəbulu nəticəsində yoğun bağırsaqdakı mikrobiom təhlükəyə məruz qalır. Belə ki, bu tip preparatların qəbulu ziyanlı bakteriyalarla bərabər insan orqanizmi üçün əhəmiyyətli olan faydalı bakteriyaları da öldürür. Nəticədə bağırsaqda bakteriya azalır, virus isə çoxalır.
Bu da orqanizmin immunitetini zəiflədir və koronavirus üçün münbit şərait yaradır. Ona görə də alim rusiyalılara mümkün qədər antibiotiklərə müraciət etməməyi məsləhət görüb.
Bundan öncə isə akademik insanları immunitet artıran qidalardan istifadə etməyə və tünd alkoqollu içkilər içməməyə çağırmışdı.  

Qanunvehedef.azшаблоны для dle 11.2