Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Trampdan Haftara dəstək – Şok iddia

Baxılıb: 770     Tarix: 15-04-2020 16:37   

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vəliəhdi Məhəmməd bin Zayed ən-Nəhyan və Misir Prezidenti Əbdülfəttah Sisi ABŞ lideri Donald Trampı Liviyada qiyamçı Xəlifə Haftara dəstək vermək üçün razı salmağa çalışıblar.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, BƏƏ şahzadəsi Donald Tramp prezident seçildikdən sonra Nyu Yorkda Haftarı yeni dövlət başçısının komandası ilə tanış edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sabiq əməkdaşı Endryu Miller faktı təsdiqləyərək, “Misir və BƏƏ-dən olan rəsmilərlə görüş zamanı Haftar hər zaman birinci olaraq gündəmə gətirilib”, - deyib.
Qəzetə açıqlama verən Ağ Evin sabiq əməkdaşları Sisi və Bin Zayedin Donald Trampın ötən ilin aprelin 5-də Haftarın Tripoliyə hücumuna dəstək vermək üçün çox çalışdıqlarını bildiriblər. Eyni zamanda, aprelin 9-da Sisinin, 18-də isə Bin Zayedin Trampa Haftara dəstək verməsi üçün zəng etdiyi iddia olunub.
Bir gün sonra isə Ağ Ev Donald Trampın Xəlifə Haftarla telefon əlaqəsi saxladığını açıqlayıb. Trampın telefon danışığı zamanı Haftarın “terrorla mübarizəsini” dəstəklədiyi bildirilib.шаблоны для dle 11.2