Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"ABŞ dünya birliyinin diqqətini iqtisadi terrorizmdən yayındırmağa çalışır" - İran

Baxılıb: 760     Tarix: 19-04-2020 10:36   

“ABŞ-ın dövlət katibi Maykl Pompeonun İrana qarşı mövcud silah embarqosunu genişləndirmək barədə açıqlamaları dünya birliyinin diqqətini Vaşinqtonun İran xalqına qarşı davam edən iqtisadi terrorizmindən yayındırmaq məqsədi daşıyır”.
APA bildirir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi özünün “Twitter” səhifəsində yazıb.
O deyib ki, ABŞ diqqəti İran xalqına qarşı davam edən iqtisadi terrorizmdən yayındırmaq istəyir:
“Bu dəfə ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmağa və İrana silah embarqosunu uzatmağa çağırır".
Məcid Taxt-Rəvançi əlavə edib ki, ABŞ digər ölkələri beynəlxalq hüququ pozmağa inandıra bilməyəcək.
Qeyd edək ki, şənbə günü Pompeo bir daha BMT Təhlükəsizlik Şurasına müraciət edərək İrana qarşı mövcud silah embarqosunu uzatmağa çağırıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar