Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İtalyanlar pandemiyaya baxmayaraq, çimərliyə getməyin yolunu tapdılar

Baxılıb: 677     Tarix: 19-04-2020 12:56   

İtaliyanın Turizm Nazirliyi ölkədə koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, bu il vətəndaşların məzuniyyətləri zamanı dənizə gedə biləcəyinə ümid edir.
"La Repubblica"nın məlumatına əsasən, məmurlar çimərlik mövsümünün başlamasına avral tempdə hazırlaşırlar.
Nəşr bildirir ki, insanların ictimai yerlərdə, xüsusilə çimərlik, kafe və restoranlarda sosial məsafəni saxlaya biləcəyi layihə üzərində iş gedir.
İstirahət edənlərə üzvi şüşədən və alümindən hazırlanmış, içərisində bir cüt şezlonq və günəşdən qoruyan çətir olan xüsusi "bokslarda" təcrid olunmaq təklif ediləcək. Onların istehsalı Modenada yerləşən şirkətə etibar edilə bilər.
Təşəbbüs yerli sakinlər üçün nəzərdə tutulub və Roma hələ bir müddət Aralıq və ya Adriatik dənizlərində istirahət etmək istəyən xarici turistlər üçün sərhədləri açmayacaq.
Şirkət, həmçinin restoranda qonaqları təcrid edən kabinələrin layihəsini də hazırlayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar