Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Bu ölkələr Haftara nəsihət verməlidir" - Avropa Parlamentindən açıqlama

Baxılıb: 847     Tarix: 20-04-2020 10:57   

Avropa Parlamenti Türkiyənin Liviya hökuməti ilə gördüyü işlərə müsbət baxır.Qanunvehedef.az xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Andri Kozzolino deyib.
O bildirib ki, Türkiyənin Liviyada olması vacib məsələdir: Ümid edirik ki, onlar burada sülhün təmin edilməsində vacib rol oynaya bilər”.
A.Kozzolino qeyd edib ki, Liviyada baş verən böhranın səbəbkarı paytaxt Tripoliyə hücum edən Xəlifə Haftardır: “Liviyada müharibə dövrü bitib. Hər kəs dialoqa girməlidir. Böhranın başa çatması üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir Haftara nəsihət verməlidir. Bu dövlətlər Liviyadakı tərəflərə silah verməklə deyil, sülh əldə olunmasına zəmin yaratmaqla kömək etməlidirlər. Yəməndəki hadisələrin Liviyada təkrarlanmasını istəmirik. Avropa Birliyi Liviyada sülhün təmin edilməsinə kömək etməyə çalışır”.

Qanunvehedef.azшаблоны для dle 11.2