Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Çin Pxenyana həkimlər göndərib - KXDR lideri ilə məsləhətləşmələr üçün

Baxılıb: 791     Tarix: 25-04-2020 09:26   

Çin hökuməti Şimali Koreya lideri Kim Çen Inla məsləhətləşmələr aparmaq üçün həkimlər də daxil olmaqla bu ölkəyə xüsusi heyət göndərib.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Cənubi Koreyanın “Daily NK” qəzeti Şimali Koreyadakı mənbəyə istinadən xəbər verir ki, Kim Çen In hazırda ürək-damar sistemi ilə əlaqədar əməliyyatdan sonra müalicə alır.
Bildirilir ki, Çinin göndərdiyi heyətə Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr şöbəsinin məsul işçisi rəhbərlik edir. Nümayəndə heyəti aprelin 23-də Pekindən Şimali Koreyaya yola düşüblər.
“Ronhap” agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadən KXDR liderinin ciddi sağlamlıq problemləri barədə xəbərlərin yalan olduğunu bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar