Haftarın bu addımı sürpriz olmadı – Fayez Sərrac
Baxılıb: 696 Tarix: 28-04-2020 10:12
Xəlifə Haftar iqtidar həvəsinin və axmaqlığın son mərhələsinə yüksəlib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac deyib.
O bildirib ki, üsyançı (Haftar) yeni bir çevrilişə cəhd elan edib:
“Bununla illər əvvəl başladığı qiyam silsiləsinə daha birini əlavə edib. Onun son çıxışı Şirat sazişinə və ölkədəki bütün siyasi dairələrə qarşı qiyamdır.
Haftarın məğlubiyyətlərini ört-basdır etmək üçün belə bir addım atacağını gözləyirdik. Bu, bizim üçün sürpriz olmadı”.
F.Sərrac vurğulayıb ki, Haftar qiyamçı əməllərinə son qoymalıdır:
“Tobruqdakı Nümayəndələr Palatasının üzvlərini Tripolidəki həmkarlarının sırasına qoşulmağa çağırıram. Haftar bir vaxtlar onu ordu komandiri təyin edən və dəstəkləyən Tobruqdakı parlamentə qarşı da qiyam qaldırıb.
Buna görə də, heç kim və ya hər hansı bir dövlət onun qanuniliyindən danışmayacaq”.
Qeyd edək ki, Haftar özünün Liviyanın tək tərəfli “prezidenti” elan edib. O qeyd edib ki, silahlı qüvvələr Liviyanın idarəçiliyini ələ keçirib, bununla Şirat sazişi ləğv olunub.
Ən çox oxunanlar
Son xəbərlər