Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Donald Tramp Kim Çen İnin sağlamlığı haqqında DANIŞDI

Baxılıb: 923     Tarix: 28-04-2020 11:18   

ABŞ prezidenti Donald Tramp Kim Çen İnin sağlamlığı haqqında fikir bildirib.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ prezidenti Donald Tramp öldüyü iddia edilən Şimali Koreya lideri Kim Çen İnin sağlamlığı ilə bağlı bir fikrinin olduğunu, ancaq bu barədə indi heç nə deyə bilmədiyini bildirib. O, "Çox uzaq olmayan gələcəkdə Kimdən xəbər eşidə bilərik" deyib.
Kimlə yaxın münasibətlərinin olduğunu bildirən Tramp "Əgər ABŞ prezidenti olmasaydım, indi Şimali Koreya ilə müharibə edirdik " deyib.
İddia olunurdu ki, bir qrup çinli həkim Kimin vəziyyəti barədə məlumat almaq üçün bu ölkəyə gedib və Şimali Koreya liderinin aprelin 12-də ürək-damar əməliyyatı keçirməsindən sonra sağalmlığında problem olduğu barədə məlumatlar yayılıb.
Qeyd edək ki, Hong Kong Peyk Televiziyası Kimin öldüyünü açıqlayıb, lakin bu xəbər heç bir rəsmi qurum tərəfindən təsdiqlənməyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar