Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Rusiyada koronavirusa yoluxanların sayı 100 000-i ötdü

Baxılıb: 744     Tarix: 30-04-2020 12:05   

Rusiyada son bir gündə 7 099 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 106 498 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 101 nəfər artaraq 1 073-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 11 619 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 093.
Qeyd edək ki, Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 222 000-i ötüb. Bunların 1 005 446 nəfəri sağalıb, 228 270 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}