Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ABŞ-da koronavirus qurbanlarının sayı 75 mini ötdü

Baxılıb: 860     Tarix: 08-05-2020 08:43   

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 1 245 622 təşkil edir. “Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda 75 054 nəfər koronavirusdan ölüb. Ölkədə virusa yoluxmuş təxminən 190 min nəfər sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar