Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Qəzadan yayındı, 1 milyon dollar tapdı - Foto

Baxılıb: 846     Tarix: 23-05-2020 07:48   

ABŞ-ın Virciniya ştatında bir ailə yoldan tapdığı təxminən 1 milyon dollar pulu polisə təhvil verib.
Qanunvehedef.az Musavat.com-a istinadən xəbər verir ki, Şents soyadlı ailə qarşıdakı avtomobillə toqquşmamaq üçün sükanı çevirərək yol ortasındakı zibil torbasına bənzəyən əşyanın üstündən keçib. Həmin torbanı zibil qutusuna atmaq üçün götürmək istəyən ailə fərdləri yol kənarında daha bir bənzər torbanın olduğunu görüblər.
Ailə torbaları götürərək avtomobilin arxasına atıb. Axşam evə gələn ailə torbaları zibil qutusuna atmaq istəyəndə, torbalarda təxminən 1 milyon dollara qədər pul olduğunu görüb.
Anne Emili Şents dərhal polisə zəng edərək pulu təhvil verdiyini bildirib. Səbəbini isə belə izah edib: “Çünki bu, bizə aid pul deyil” .
Pulu təhvil alan Karolina Polis Departamentindən Skott Moser ailə ilə qürur duyduqlarını deyib.
“Ailənin pulu təhvil verməsi onların xarakterlərini ifadə edir. Əminəm ki, bu qərarı vermək asan deyil, amma onlar doğru olanı ediblər”, - deyə Skott Moser bildirib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar