Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Almaniya Rusiyaya sanksiya tətbiq edəcəkmi? - Gərginlik

Baxılıb: 642     Tarix: 28-05-2020 19:53   

Almaniya və Rusiya arasında kiberhücum böhranı ilə bağlı gərginlik artır.
Qanunvehedef.az xəbər verir ki, məsələ ilə bağlı Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Xarici İşlər Nazirliyinə çağırılıb.
Bildirilir ki, 2015-ci ildə Almaniya parlamentinin deputatlarının elektron poçt ünvanlarının Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı belə addım atılıb.
Xarici işlər nazirinin müşaviri Mikel Berqer Bundestaqa edilən kiberhücumu sərt şəkildə pisləyib və günahkarların cəzalandırılacağını deyib.
Qeyd edək ki, Almaniya Federal Prokurorluğu əlindəki dəlillərə əsasən kiberhücumun arxasında Rusiya Hərbi Kəşfiyyatının əməkdaşı Dmitri Badinin dayandığını iddia edir. Bildirilir ki, Federal Prokurorluq tərəfindən Rusiyada yaşadığı güman edilən Dmitri Badin üçün həbs qərarı verilib.
İndi Almaniya hökuməti kiberhücuma qarşı Avropa Birliyi (AB) səviyyəsində Rusiyaya sanksiyalar tətbiq etmək istəyir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar