Abenin strategiyası iflasa uğradı - Yaponiya hökuməti Rusiya ilə bağlı siyasətini dəyişir
Baxılıb: 766 Tarix: 29-05-2020 09:16
Rusiyaya yönəlik Yaponiyanın Baş naziri Sindzo Abenin «yeni siyasəti» tam iflasa uğradı. Odur ki, Yaponiya Kremlə yönəlik güzəşt siyasətinə son qoymalıdır.
Belə məsləhətlə Amerikanın Templ Universitetinin politologiya professoru Geyms Braun «Nikkei Asian Review» üçün yazdığı məqalədə çıxış edib.
Braunun fikrincə, Abenin strategiyası göstərdi ki, Moskva ilə heç bir yaxınlaşma Cənubi Kuril adalarının Yaponiyaya qaytarlmasına gətirib çıxartmayacaq.
Məlumdur ki, Yaponiya bu adaları özünün «şimal ərazisi» hesab edir.
Mayın 10-da Yaponiyada xarici siyasətin yeni strategiyası dərc olunub. Braunun yazdığına görə, yeni strategiya çərçivəsində Rusiya ilə ərazi mübahisəsində Tokionun mövqeyi əhəmiyyətli dərəcədə sərtləşib.
Ötənilki versiyadan fərqli olaraq, yeni strategiyada «şimal ərazilər» ölkənin suveren adaları kimi göstərilib. Bundan başqa, sənəddə təsdiqlənir ki, bütün 4 Cənubi Kuril adasının statusu Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin bağlanmasından əvvəl müəyyən olunmalıdır.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər