Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İsrailin fələstinlilərlə bağlı böyük planı açıqlandı

Baxılıb: 650     Tarix: 29-05-2020 09:56   

İordan vadisini birləşdirdikdən sonra bölgədə yaşayan fələstinlilərə İsrail vətəndaşlığı verilməyəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, burada yaşayan fələstinlilər Fələstin vətəndaşı olmağa davam edəcək.
Baş nazir sağçıların Donald Trampın Orta Şərq sülh planının Fələstinə müstəqil dövlət seçmək hüququ verməsi ilə bağlı tənqidlərinə də toxunub. O deyib ki, Fələstin xalqı Qərbi Şəriyədə İsrailin nəzarətini qəbul etsələr, Trampın dövlət olaraq açıqladığı quruluşa sahib olacaqlar:
"Fələstinlilər Orta Şərq sülh planını qəbul etməsələr, çətin şərtlərə məruz qalacaqlar”.
B.Netanyahu eyni zamanda Qərbi Şəriyənin birləşdirilməsi halında Fələstin xalqının qəbul etməsi vacib olan şərtləri də açıqlayıb:
"İsrailin Qərbi Şəriyədə tamamilə nəzarəti ələ alması, Qüdsün tamamilə İsrailin nəzarətində olması, bir dənə də olsun fələstinli miqrantın geri qayıtmaması, yəhudi yaşayış məntəqələrinin boşadılmaması, Fələstin xalqının İsrailin bütün bölgə üzərində müstəqilliyini qəbul etməsi vacibdir. Əgər onlar bu şərtləri qəbul edərsə, özlərinə aid quruluşları olacaq".
Baş nazir həmçinin qeyd edib ki, Qərbi Şəriyə ilə İordan vadisini birləşdirmək tarixi bir addım olacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar