Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

AB-dən Trampa çağırış: Qərarını dəyiş!

Baxılıb: 839     Tarix: 31-05-2020 08:32   

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrell ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri dayandırması barədə qərarını yenidən nəzərdən keçirməyə səsləyib.
Qanunvehedef.az xəbər verir ki, Ursula fon der Leyen və Jozep Borrell bununla bağlı birgə bəyanat yayaraq, AB-nin rəhbərlik etdiyi Dünya Səhiyyə Assambleyasının koronavirusla mübarizədə əldə edilən nəticələrin müstəqil araşdırılması barədə qərar verdiyini bildirib:
"Qlobal təhdid qarşısında ortaq həll yolları tapılmalı və işbirliyini inkişaf etdirməliyik. Beynəlxalq nəticələri zəiflədən addımların qarşısı alınmalıdır. Bu səbəbdən ABŞ-ı elan edilmiş qərara yenidən baxmağa çağırırıq".
Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar