Xəbər lenti
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Suriyada gərginlik: ABŞ və Rusiya qoşunları üz-üzə gəldi

Baxılıb: 700     Tarix: 04-06-2020 10:31   

Suriyanın Qamışlı qəsəbəsində ABŞ və Rusiya qoşunları arasında gərginlik yaşanıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusu Türkiyə sərhədinə yaxın ilk hərbi bazasını yaratmaq istəyir. Bununla bağlı rus komandirlərini daşıyan helikopter Qamışlıya yaxın Qasr Dib kəndində bir məktəbə eniş edib.
İddia olunur ki, Rusiya məktəbi hərbi bazaya çevirmək istəyir və buraya 13 zirehli avtomobillə 30 hərbçi yerləşdirib.
Məlumata görə, hərbi və logistika ləvazimatları daşıyan Rusiya konvoyu məktəbə doğru hərəkət etdiyi zaman ABŞ hərbçiləri onların qarşısını kəsərək geri göndərib.
Rus komandirlər və əsgərlərin məktəbi tərk etmədiyi deyilir.
Qeyd edək ki, Qamışlı qəsəbəsi YPG/PKK-nın nəzarəti altındadır. Burada ABŞ qoşunları da fəaliyyət göstərir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar