Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Türkmənistanda ərzaq kartla satılır - Bazarlarda bahalıqdır

Baxılıb: 709     Tarix: 11-06-2020 08:03   

Türkmənistanın bəzi şəhərlərində dövlət mağazalarında baza ərzaqların subsidiyalı qiymətlərlə satışının kart sistemi tətbiq olunub. Bu barədə «Turkmen.nyus» nəşri xəbər verib.
Kartlar adi məktəbli dəftəridir, içəri tərəfdən steplerlə evlər idarəsinin verdiyi ailə tərkibi haqqında arayış bərkidilib, növbəti səhifədə isə cədvəl yerləşir. Cədvəldə alınmış əzaqların adları yazılır.
Dövlət mağazalarında həmin kartlar əsasında toyuq əti, birinci növ un, şəkər, günəbaxan yağı və «Axal» adlı pambıq yağı satılır. Hər nəfər üçün norma kiçicikdir. Bazarlarda bütün ərzaqlar məhdudiyyət olmadan reallaşdırılır, amma qiymətlər iki dəfə yüksəkdir. Ölkə sakinləri kommersiya qiymətləri ilə ərzaq almaqda çətinlik çəkirlər.
Türkmənistanda rəsmi olaraq, koronavirus yox göstərilsə də prezident Qurbanqulu Berdımühəmmədovun qərarına əsasən, «Avaza» turizm zonası bütün mövsüm doyu bağlanıb. Bu zonada yerləşən bir çox otellərə isə ödənişli məzuniyyətə göndərilmiş əməkdaşlır yerləşdirilib. Hər oteldə orta hesabla, 40-50 adam işdən çıxarılıb: xadimələr, aşbazlar, ofisiantlar, animatorlar.
Artıq bir neçə ildir ki, Türkmənistanda ərzaq böhranı yaşanır («Turkmen.nyus»). Kasıblıq üzündən ölkə vətəndaşları ərzağı bazarlarda baha qiymətə almaqdansa, dövlət mağazalarında uzun növbələrə daynmağa üstünlük verirlər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar