Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampın virusa qarşı istifadə etdiyi dərman ABŞ-da QADAĞAN EDİLDİ

Baxılıb: 1 007     Tarix: 16-06-2020 10:52   

Koronavirus epidemiyasının təsiri ABŞ-da davam edərkən, Qida və Dərman İdarəsi (FDA) tərəfindən koronavirusun müalicəsində istifadə edilən "hidroksiklorokin" dərmanı qadağan edilib.
Xarici KİV-ə istinadən xəbər verir ki, FDA-nın bəyanatında deyilir ki, tövsiyə olunan dərmanın aparılan araşdırmalardan sonra koronavirus xəstələrinə fayda vermədiyi aydınlaşıb.
Hətta "hidroksiklorokin" dərmanının bir çox hallarda ürək probleminə səbəb olduğu aşkar edilib. "Dərmanın Covid-19-a qarşı istifadəsini təsdiq etmirik və buna görə də dərman istifadəsini qadağan edirik", - deyə açıqlamada bildirilib.
ABŞ Prezidenti Donald Tramp da bu dərmanı istifadə edib və istifadəsini təbliğ edib. Digər tərəfdən mayın 19-da açıqlama verən Tramp "Mən son bir neçə həftədə "hidroksiklorokinin" profilaktik məqsədlər üçün istifadə etdim" demişdi.
Mayın 25-də isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Dr. Tedros Adhanom Ghebreyesus, Covid-19 xəstələrinin müalicəsində hidroksiklorokinin istifadəsini təhlükəsizlik baxımından dayandırıldığını açıqlamışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar