Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Kadırov Putini söyən jurnalistin qətlini sifariş edib? - Şok

Baxılıb: 780     Tarix: 16-06-2020 13:02   

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya vətəndaşı Vasambek Bokovu saxlayıblar.
Qanunvehedef.az xəbər verir ki, saxlanılan şəxs saxta sənəd almaq, saxlamaq və istifadə etməkdə ittiham olunub. Onun, həmçinin sifarişli qətl hazırlığında da şübhəli bilindiyi vurğulanıb.
“Mtavari Arxi” televiziyasının rəhbəri Nika Qvaramiya Bokovun saxlanmasıyla bağlı şok məlumat yayıb. Qvaramiya həbs edilən şəxsin Çeçenistan rəhbəri Ramzan Kadırovun tapşırığı ilə Gürcüstana gəldiyini və televiziyanın jurnalisti Georgi Qabuniyanı “Rustavi 2” telekanalının efirində Rusiya Prezidenti Vladimir Putini söydüyü üçün öldürülmək istədiyini açıqlayıb.
“Gürcüstan Antiterror Xidməti milliyətcə inquş olan Rusiya vətəndaşı Vasambek Bokovu saxlayıb. Rəsmi həbs səbəbi Ramzan Kadırovun sifarişi əsasında Georgi Qabuniyanın qətlə yetirilməsi planı ilə əlaqəli deyil. Bu barədə Gürcüstan hakimiyyət orqanlarına Ukrayna hüquq-mühafizə orqanlarından məlumat verilib. Bizdə olan məlumata görə, Qabuniya bir neçə ay müşahidə altında olub. Qabuniyanın məhvi Ukraynadan koordinasiya edilib, idarəetmə isə Çeçenistandan aparılıb. Gürcüstan tərəfi əvvəlcə alınan məlumatı Ukraynadakı gürcü lobbisinin provokasiyası kimi dəyərləndirib, amma bununla belə, Qabuniyaya müdafiə təmin edib”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər