Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Serbiya Ermənistana silah tədarükünü etiraf etdi

Baxılıb: 808     Tarix: 22-07-2020 08:16   

Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Serbiya tərəfindən Ermənistana çoxlu sayda minaatan və digər silahların tədarük edilməsi barədə məlumatdan dərin narahatlıq keçirdiyini ifadə etmişdi.
Qanunvehedef.az Oxu.az-a istinadən xəbər verir ki, Serbiya Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç (Serbiya qanunlarına əsasən, silah ixracına icazə verən bu nazirlikdir) silahların Ermənistana verilməsini qismən etiraf edib.
“2020-ci ildə Ermənistana silahlar bir özəl şirkət tərəfindən verilib, dövlət şirkətləri bu işdə iştirak etməyib. Hansı şirkətdən bəhs etdiyimizi deyə bilmərəm, amma bilirik ki, şirkət əsasən avtomat və tapançalar verir. Anlaşmanın ümumi məbləği isə bir milyon avrodan azdır. Sözügedən yük may-iyun aylarında Ermənistana çatdırılıb,” - Lyaiç Nova.rs portalına deyib.
Lyaiç onu da vurğulayıb ki, rəhbərlik etdiyi nazirlikdən əlavə, ixrac icazəsinə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi də imza atıb. Nazir Ermənistana qarşı sanksiyaların olmadığını və bu vəziyyətdə bir alıcıya imtina etməyin çətin olduğunu deyib



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar