Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Hyustonda Ordumuza dəstək aksiyası keçirildi - VİDEO

Baxılıb: 792     Tarix: 23-07-2020 12:57   

Dünya azərbaycanlılarının Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına qarşı günlərdir etiraz aksiyaları və yürüşlər keçirilir.
Baku TV xəbər verir ki, növbəti dinc aksiya Amerika Birləşmiş Ştatlarının Texas ştatının Hyuston şəhərində baş tutub.
Əsgərlərimizin şərəfinə musiqi sədaları altında avtomobillə Hyuston küçələrində aksiya keçirən soydaşlarımızın qürurverici görüntüləri sosial mediada rəğbətlə qarşılanıb.
Həmvətənlərimizin avtomobillərinin üzərində də "Qarabağ Azərbaycandır" kimi plakatlar yapışdırılıb, üçrəngli bayrağımız dalğalandırılıb.
Aksiya iştirakçıları hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsini yad edib.
Tədbirdə soydaşlarımız tərəfindən "Ermənistanın işğalçı siyasətinə son!", "Şəhidlər ölməz, vətən bölünməz" və "Qarabağ Azərbaycandır!" şüarları səsləndirilib.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar