Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Erməni politoloq: "Nikol Paşinyan və hiyləgər tayfası Rusiya ilə münasibətləri məhv edir"

Baxılıb: 744     Tarix: 26-07-2020 12:58   

"Nikol Paşinyan və hiyləgər tayfası qərbyönümlü qrantların köməyi ilə Rusiya-Ermənistan münasibətlərini məhv edir".
Bu sözləri erməni politoloq Menya Arutyunyan "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, rəsmi Kreml erməni xalqına bir neçə dəfə bildiriş göndərərək, anti-Ermənistan qüvvələrinin qovulmasının və hakimiyyətə Ermənistan-Rusiya münasibətlərini dəstəkləyənlərin gəlməsinin vacibliyini qeyd edib:
"Əgər biz Kremldən gələn bu mesajlara fikir verməsək, onda Rusiyada yaşayan ermənilər üçün mühit dəyişəcək, bir çox qapılar üzümüzə bağlanacaq".
Arutyunyan deyib ki, 2019-cu ilin payızında Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın sabiq və hazırda həbsdə olan prezidenti Robert Koçaryanın həyat yoldaşı ilə görüşməsi də belə bildirişlərdən biri idi.
"Bir sözlə, Ermənistan-Rusiya münasibətlərinin dağılması Ermənistanın müstəqilliyini və erməni xalqının gələcəyini şübhə altına qoyur".
Qeyd edək ki, 2019-cu ilin oktyabrında Putin Avrasiya İqtisadi Birliyinin forumunda iştirak üçün Yerevana səfər etmiş və Koçaryanın arvadı ilə görüşmüşdü. O zaman Paşinyan Putinlə görüşə bilməmiş və onun dalınca aeroporta getmişdi.(oxu.az)

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar