Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var

Baxılıb: 774     Tarix: 26-07-2020 13:47   

Suriyanın şimal-şərqindəki Rasulayn şəhərində terror aktı törədilib. “Report” xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb. Partlayış 8 nəfərin ölümünə, 10-dan çox insanın yaralanmasına səbəb olub.
“Al Arabiya” telekanalının məlumatına görə, hadisə bazarın yaxınlığında qeydə alınıb. Belə ki, avtomobilin içərisində olan partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 19 nəfər yaralanıb.
Xatırladaq ki, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Rasulayn şəhəri ötən il Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatının başlamasının dördüncü günü terrorçulardan azad edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar