Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İraq niyə növbədənkənar seçkilərə gedir?

Baxılıb: 763     Tarix: 04-08-2020 08:32   

İraqda növbədənkənar seçkilərin təyin edilməsinə səbəb kütləvi etirazlardır.
Qanunvehedef.az xəbər verir ki, bunu İraq Baş naziri Mustafa Kazıminin gələn il iyunun 6-da növbədənkənar seçki olacağı ilə bağlı açıqlamasına münasibət bildirən iraqlı politoloq Kays əl-Nuri deyib.
O bildirib ki, seçkilərdə hərbçilərin daxili siyasətdəki roluna son qoyulmalı və meydana yeni siyasətçilər gəlməlidir:
“Hökumət iraqlılara çox şey vəd etdi və indi xalq vədlərin yerinə yetirilməsini tələb edir. Seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün sağlam daxili siyasətə ehtiyac var. Bu, seçicilərə daxili və xarici təzyiqlərə baxmadan seçim etmək imkanı verir”.
Siyasi ekspert Əhməd əl-Abyad isə bildirib ki, növbədənkənar seçkilərin nəticəsinə İran və Səudiyyə müdaxilə edə bilər:
“Əlbəttə, İran və Səudiyyə Ərəbistanının seçkilərə təsir göstərməyə çalışacağını başa düşmək lazımdır. Bunu ilk növbədə İran edəcək, İraqdakı demək olar ki, bütün hadisələrə onlar təsir edə bilir. Ölkədəki hər hakim partiya və ya koalisiyanın Tehranla yaxşı münasibəti olmalıdır. Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri seçkilərə olan xarici təsirlərə ümumiyyətlə gözlərini yumurlar və komissiya dəyişməzsə, bu dəfə də belə edəcəklər”.



{sape_links}{sape_article}