Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Yunanlar Türkiyəyə gəlir: Ankarada kritik görüş…

Baxılıb: 896     Tarix: 04-08-2020 10:26   

Yaxın müddətdə Yunanıstan nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Ankaradakı kritik iclasda 1923-cü ildə imzalanan Lozanna müqaviləsi müzakirə ediləcək.
Bildirilir ki, Lozanna və 1947-ci ildə imzalanan Paris müqaviləsi şərtlərini pozaraq adaları silahlandıran Yunanıstana hər iki anlaşmanın şərtləri bir daha göstəriləcək. Afinanın bu günə kimi 23 adadan 16-na əsgər və silah yığdığı sənədlərə sübut ediləcək.
Bundan başqa, iki ölkə arasında Egey dənizində problemə səbəb olan kontinental şelf məsələsi də müzakirə ediləcək. Bölgədə yerləşən çoxlu sayda kiçik adalar, qayalıqlar da Afina və Ankara arasında mübahisələrə səbəb olur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar