Belarusda ilkin nəticələr elan edildi
Baxılıb: 566 Tarix: 10-08-2020 10:08
Belarusun hazırki Prezidenti Aleksandr Lukaşenko 9 avqustda baş tutan prezident seçkilərinin ilkin nəticələrinə görə, 82 faiz səslə rəqiblərini üstələyir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK bildirib ki, hazırda 5 regionda səslər sayılıb.
Qeyd edək ki, ekzit-polların nəticələrinə görə, Lukaşenko 79,7 faiz səslə seçkidə qalib gəlib.
***
İndiyə qədər bağlanan seçki məntəqələrinin nəticələrinə görə, Lukaşenkonun səs faizi 81,35, onun əsas rəqibi Tixanoskayanın səs faizi isə 8-dir.
Qeyd edək ki, MSK səslərin neçə faizinin sayıldığını açıqlamayıb.
***
Belarus ərazisindəki bütün rayonların ilkin nəticəsi məlumdur.
Bu barədə Belarus MSK məlumat yayıb.
Bildirilir ki, bütün rayonlarda Lukaşenko liderlik edir.
***
Belarus Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı növbəti nəticəni elan edib.
Hazırda Aleksandr Lukaşenko 80.23 faiz səslə liderdir. O, 4 milyon 652 min nəfərin səsini toplaya bilib.
Ən çox oxunanlar
Son xəbərlər