Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Almaniya təyyarə göndərdi: Kreml icazə vermir?

Baxılıb: 595     Tarix: 21-08-2020 11:11   

Bu gecə Almaniyadan Rusiyanın Omsk şəhərinə təyyarə uçacaq.
Qanunvehedef.az xəbər verir ki, təyyarə zəhərlənərək xəstəxanaya yerləşdirilən Aleksey Navalnını Berlinin “Charite” xəstəxanasına çatdıracaq.
Hələlik Navalnının ölkədən çıxmasına xəstəxananın həkimlərinin icazə verib-verməyəcəyinin bilinmədiyi açıqlanıb.
Qeyd edək ki, bundan öncə Navalnı təyyarədə qəfildən huşunu itirərək koma vəziyyətinə düşüb. Onun zəhərlənərək bu hala salındığı bildirilir.
***
Aleksey Navalnının vəziyyəti qeyri-stabildir.
Bunu Navalnının mətbuat katibi Kira Yarmış deyib. O, Navalnının Almaniyaya aparılmasının sual altında olduğunu bildirib.
Yarmış qeyd edib ki, həkimlər indi köçürülmənin məsuliyyətini üzərlərinə götürmək istəmirlər:
“Halbuki bundan əvvəl heç bir problem olmadığı bildirilirdi. Navalnının Almaniyaya aparılması ilə bağlı qərarları həkimlər yox, Kreml qəbul edir”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar