Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Müttəfiqlərimizlə razılaşa bilmədik - Akar

Baxılıb: 535     Tarix: 27-08-2020 13:17   

Türkiyənin cənubunda bizə təhdid törədən hər hansı bir terror koridorunun yaradılmasına icazə verməyəcəyik.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə açıqlamasında deyib.
Nazir Türkiyə Silahlı Qüvvələrinin bütün fəaliyyətinin beynəlxalq hüquq normaları çərçivəsində aparıldığını bildirib:
“Bölgədə 40 mindən artıq türk vətəndaşını qətl edən PKK var. Bununla paralel YPG də mövcuddur. Terror təşkilatlarının adının dəyişdirilməsi heç nəyi ifadə etmir. Çox təəssüf ki, müttəfiqlərimizlə bu mövzuda razılaşa bilmədik. Ancaq PKK, YPG-ni kürd təmsilçiləri kimi görmək tamamilə səhvdir. Bunlar kürd qardaşlarımızı təmsil edə bilməz”.
Akar Suriyada Rusiya və ABŞ-ın üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərini də qeyd edib:
“Terror təşkilatları hələ də təxribata əl atır. Bölgədə Suriya xalqına məxsus olan yeraltı sərvətlər terrorçular tərəfindən talanır. Bunu Suriya xalqının haqlarına təcavüz kimi qiymətləndirməliyik”.



{sape_links}{sape_article}