Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyədən "Oruc Rəis" gəmisi ilə bağlı yeni qərar

Baxılıb: 941     Tarix: 28-08-2020 08:11   

Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin “Oruc Rəis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti sentyabrın 1-dək uzadılıb.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı yeni NAVTEX (dənizçilərə elan) elan edilib.
“Ataman” və “Çingiz Xan” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruc Rəis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır.
“Oruc Rəis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar