Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Baydendən Trampa çağırış: Atəş açmaq...

Baxılıb: 452     Tarix: 31-08-2020 10:17   

Prezident Donald Tramp ABŞ cəmiyyətində nifrət və nifaq oyadır.
Qanunvehedef,az xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Co Bayden Oreqon ştatının Portland şəhərində baş verən iğtişaşları şərh edərkən deyib.
Onun sözlərinə görə, son günlərdə şəhərdə ölümə səbəb olan şiddət bütün hallarda qəbuledilməzdir.
"ABŞ şəhərlərinin küçələrində atəş açmaq qəbuledilməzdir. Bu cür zorakılıqları qətiyyətlə qınayıram. Mən Donald Trampı da eyni şeyi etməyə çağırıram", - Bayden qeyd edib.
Prezidentliyə namizəd, həmçinin Trampın ABŞ cəmiyyətindəki nifrəti dəstəklədiyini, qorxu siyasətindən istifadə etdiyini və ağılsızcasına zorakılığı təşviq etdiyini bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar