Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

PKK-çılar Lavrovla görüşdü: Türkiyədən sərt reaksiya

Baxılıb: 649     Tarix: 01-09-2020 10:34   

PKK/PYD terror təşkilatının liderlərindən olan İlham Əhmədin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya gedib.
Qanunvehedef.az xəbər verir ki, İlham Əhmədlə Əsəd rejiminə bağlı Xalqın İradəsi Partiyasının lideri Qədri Cəmil arasında Moskvada siyasi anlaşma imzalanıb.
Q.Cəmil terror təşkilatı ilə imzalanan anlaşmada Suriya böhranının həlli istiqamətində vacib maddələrin yer aldığını bildirib.
Daha sonra qonaqlar Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.
Görüşdə Suriya böhranının həlli yolları, humanitar yardımlar barədə fikir mübadiləsi aparılıb.
Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə etiraz bəyanatı yayıb:
“PKK/YPG-nin rəhbərliyi altında qondarma Suriya demokratik şurasının üzvlərindən ibarət nümayəndə heyətinin Rusiyaya dəvət olunmasından və yüksək səviyyəli rəsmilər tərəfindən qəbul edilməsindən narahatıq.
PKK/YPG Suriyada yerli xalqa zülm edən, ölkənin ərazi bütövlüyünə qəsd edən, başda Türkiyə olmaqla, qonşu dövlətlərə təhlükə yaradan terror təşkilatıdır. Rusiyadan Astana formatındakı görüşlərdə verilən öhdəliklərə uyğun hərəkət etmələrini gözləyirik”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar