Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bişkekdə etirazçılar meriya binasını ələ keçirdi, yaralılar var

Baxılıb: 552     Tarix: 06-10-2020 07:51   

Bişkekdə etirazçılar Qırğızıstanın sabiq baş naziri Sapar İsakovu həbsxanadan azad ediblər.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Zamir Jooşev bildirib.
"Sapar İsakov bu gün azad edilib. O, azadlıqdadır", - Jooşev deyib.
İsakov Atambayevin hakimiyyəti dövründə Nazirlər Kabinetinə başçılıq edib.
O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.
Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) respublikanın keçmiş Baş naziri Sapar İsakovu muzeyin yenidənqurulması zamanı dövlət büdcəsinə 1,4 milyon ABŞ dolları məbləğində zərər vurmaqda ittiham edib.
Ölkə parlamenti 2017-ci ilin yekunlarına görə, Sapar İsakov hökumətinə etmad göstərməyib. 40 yaşlı İsakovun başçılıq etdiyi və tərkibinə görə ən gənc Nazirlər Kabineti 2017-ci ilin sentyabrında and içib. Ölkə tarixində ilk dəfə hökumətə etimad göstərilməyib.
***
Qırğızıstanda baş verən qarşıdurmalar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb.
Bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.
"Onlardan 150-i xəstəxanalara yerləşdirilib", - deyə xəbərdə bildirilir. Qarışıqlıqlar zamanı həmçinin 1 nəfər öldürülüb.
Məlumata görə, paytaxt Bişkekdə etirazçılar meriyanın binasını ələ keçiriblər. Şəhər meri Aziz Surakmatov "24.kg" agentliyinə açıqlamasında məlumatı təsdiqləyib. Hadisənin təfərrüatı açıqlanmır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar