Nikola çağırışlar başladı: Cəbhəyə niyə vəzifəlilər getmir?
Baxılıb: 560 Tarix: 07-10-2020 16:02
Ermənistanın Qarabağdakı silahlı birləşmələrinin son 10 gündə sarsıdıcı yenilgiyə uğraması işğalçı ölkənin ictimaiyyəti arasında ciddi narahatlıqla müşayiət olunur. Hər gün yüzlərlə əsgər meyiti qəbul edən ailələrin ciddi narazılığı isə sosial şəbəkələrə və mediaya da sıçrayıb. Onlar Ermənistan əhalisinin yad torpaqlarda qırğına verilməsinin qəbuledilməz olduğunu bildirirlər.
Qanunvehedef.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazlardan birini də erməni bloger və jurnalist Ani Saakyan paylaşıb.
Ani Saakyan da Paşinyanı sadə insanları Qarabağda qırğına verməkdə ittiham edib:
“Qısa araşdırma apardım və məlum oldu ki, Paşinyanın kabinet üzvlərinin heç birinin yaxın-uzaq qohumu orduya cəlb olunmayıb. Yaxşı olardı ki, baş komandan adlanan şəxs öz kabinet üzvlərinin qohum-əqrabasından başlasın. Onun komandası ancaq Feysbukda status yazmaqla məşğuldur”.
Bundan əvvəl keçmiş səhra komandirlərindən olan Qarnik Arakelyan da Ermənistan hakimiyyətində təmsil olunanlardan heç kimin qohumunun cəbhəyə getmədiyini bildirmişdi.
Ən çox oxunanlar
Son xəbərlər