Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Boliviyada prezident və parlament seçkiləri başa çatıb

Baxılıb: 725     Tarix: 19-10-2020 09:45   

Boliviyada prezident və parlament seçkilərində səsvermə rəsmən yekunlaşıb.
Qanunvehedef.az Report-a xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 17:00-a (Bakı vaxtı ilə saat 16:00-dan 01:00-ə kimi-red) qədər fəaliyyət göstərib.
İlkin məlumata görə, səsvermədə ciddi qanun pozuntuları qeydə alınmayıb. "Seçkilər günü hələ ki, tam sakit keçir, heç bir problem olmayıb", - Boliviyanın daxili işlər naziri Arturo Murilo qeyd edib.
Onun sözlərinə görə, bir neçə nəfər nəqliyyatdan istifadə ilə bağlı saxta icazəyə və bülletenlərin olduğu çamadanı oğurlamaq cəhdinə görə saxlanılıb.
Səsvermə həmçinin Boliviyadan xaricdə keçirilib. Sayca ən çox seçki məntəqələri Argentinada - Buenos-Ayresdə fəaliyyət göstərib.
Seçkilərdə dövlət başçısı vəzifəsi uğrunda əsas mübarizə Luis Arse ilə sabiq-iqtisadiyyat naziri və Moralesin tərəfdarı Karlos Meso arasında olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar