Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Gürcüstan müsəlmanlarından Makrona ETİRAZ

Baxılıb: 687     Tarix: 26-10-2020 15:41   

"Fransa prezidenti Emmanuel Makron Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verib. Bu addım və Hz. Peyğəmbərə qarşı hörmətsizliyi leqallaşdırıb bəraət qazandırmaq bütün müsəlman ölkələri kimi Gürcüstanda yaşayan müsəlmanların da narahatlığına səbəb olub".
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin bəyanatında bildirilib.
Gürcüstan ruhaniləri hesab edirlər ki, İslam düşmənliyindən xəbər verən bu cür məsuliyyətsiz rəftar dinlərarası münasibətlərin, tolerantlığın sarsılmasına və islamafobiyanın yayılmasına səbəb olacaq.
"Radikal dinçiləri bəhanə edərək milyonlarla müsəlmanın müqəddəs şəxsiyyətinin, sevgili peyğəmbərinin təhqirinə izn vermək bütün İslam ümmətinə hörmətsizlik deməkdir. Fransanın dövlət başçısının "İslam bu gün dünyanın hər yerində böhran yaşayan bir dindir" deməsini də əsassız bir ittiham hesab edir, qətiyyətlə pisləyirik", - bəyanatda qeyd olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər