Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Saakyan məğlubiyyətə görə göz yaşı tökdü

Baxılıb: 651     Tarix: 01-11-2020 13:38   

Bako Saakyanı (Qarabağdakı separatçı-terrorçuların keçmiş lideri – red.) ağlayan gördüm.
Qanunvehedef.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu 90-cı illərin Qarabağ canilərindən olan Şahe Əcəmyan deyib.
O, Feysbuk səhifəsində yazıb:
“Cəbhəyə yola düşməmişdən öncə Xankəndidə kilsədə dua edirdik. Kilsədə şam yandırarkən birdən həyəcan siqnalı çalındı, şəhərdə partlayışlar eşitdik və hamı dağılışdı. Kilsədən çıxanda keçmiş “prezident”, komandirim Bako Saakyanın həyətdəki skamyada oturduğunu gördüm. Gözlərinə baxaraq yaxınlaşdım. Saakyanın həyəcanlı, yaşla dolu gözlərini gördüm”.
Xatırladaq ki, Şahe Əcəmyan 1-ci Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçudur. 1992-1994-cü illərdə Qarabağ müharibəsində xüsusi fəallıq göstərib və "Xaçlılar" dəstəsinin komandiri Qaro Kahkecyanın ən yaxın adamı olub. Hazırda İrəvanda yaşayan Əcəmyanın əli bir çox günahsız azərbaycanlının qanına batıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar