Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Lukaşenko Rusiyada neft mədəni almaq istəyir - Putin təklifə baxacaq

Baxılıb: 782     Tarix: 06-11-2020 12:05   

Belorus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə telefon danışığının gedişində Rusiya ərazisində neft mədəni almaq təklifi ilə çıxış edib. Bu barədə «BelTA» xəbər verib.
KİV-i dəqiqləşdirirlər ki, tərəflər neft-qaz sferasında məsələlərin həllində operativ fəaliyyət göstərməyə razılaşıblar.
«Belorus prezidenti həm də Rusiyalı həmkarına müraiət edərək, müttəfiq ölkənin ərazisində neft mədəni almaq təklifi ilə çıxış edib» - «BelTA» yazır.
Nəşrin mlumatına görə, Rusiya prezidenti bu ideyanı dəstəkləyib, ancaq tərəflər qərara gəliblər ki, məsələ ilə detallı şəkildə növbəti danışıqlar zamanı məşğul olsunlar.
Bundan başqa, siyasətçilər Rusiya və Belorusun hərbi sahədə əməkdaşlıq mövzusunu da müzakirə ediblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar