Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Rusiya Qarabağa 54 vaqon yardım göndərdi

Baxılıb: 751     Tarix: 16-12-2020 14:51   

Rusiyadan Qarabağa humanitar yardım göndərilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Rusiyanın səkkiz şəhərindən Qarabağa ümumi çəkisi təxminən 1200 ton olan 54 vaqon humanitar yardım göndərilib. Yardımın növbəti günlərdə çatması gözlənilir”, - nazirlikdən bildirilib.
Fövqəladə Hallar Nazirliyi Rusiyanın Qarabağa göndərdiyi humanitar yardımının təxminən 30 evin və sosial obyektin bərpasına kömək etdiyini açıqlayıb:
“Rusiya Təcili Yardım Qrupunun qüvvələri Qarabağda humanitar yüklərin paylanması və çatdırılmasına yardım göstərir. Bunun sayəsində artıq 28 sosial obyekt və yaşayış binası bərpa edilib, 147 obyektdə isə işlər davam etdirilir”.
Həmçinin qeyd edilib ki, Xankəndi və onun ətrafında təxminən 30 hektardan çox ərazi minalardan təmizlənib. Burada 2 mindən çox partlayıcı maddə zərərsizləşdirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar