Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ Rusiya və Çin şirkətlərini “qara siyahıya” saldı – Kəşfiyyatla bağlı 103 şirkətə sanksiya qoyulub

Baxılıb: 726     Tarix: 22-12-2020 13:29   

ABŞ Ticarət Departamenti Rusiya və Çindən 103 şirkətə yeni sanksiyalar tətbiq edib. Qurumun mövqeyinə görə, bu təşkilatlar silahlı qüvvələrlə bağlıdır, yaxud onlarla əməkdaşlıq edir və bu səbəbdən ölkəyə təhdid yaradır.
Departament bu şirkətlərin ixracına tam qadağa qoymasa da, ticarət sövdələşmələri üçün lisenziya tələb edəcək.
Sanksiya siyahısında Çinin 58, Rusiyanın 45 şirkəti yer alıb. Siyahıda Rusiya Müdafiə Nazirliyinin, Xarici Kəşfiyyat Xidmətinin və digər qurumların adları var. Aviasiya sənayesindən isə “MiG”, “Suxoy Mülki Təyyarələr”, “Suxoy” və “Tupolev”şirkətləri siyahıda yer alıb.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ixrac məhdudiyyətlərini ABŞ-ın “destruktiv fəaliyyəti” adlandıraraq deyib ki, bu, “nəinki ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığa zərbə vurur, eyni zamanda istənilən müsbət perspektivi qapadır”.
“Oxşar addımlar münasibətlərimizdə daha böyük böhran yaradır. Ondan o vaxt çıxmaq mümkün olar ki, BirləşmişŞtatlar münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında qursun. Hələlik, buna cəhd görmürük”,– Antonov vurğulayıb.
Bundan öncə ABŞÇeçenistan lideri Ramzan Kadırovun yaxın ətrafına sanksiyalar tətbiq etmişdi. Oktyabrda isə Kimya və Mexanika üzrə Elmi-Tədqiqat İnstitutuna qarşı sanksiyaları işə salındı. (azadliq.org)

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar