Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hindistanda koronavirusun yeni mutasiyası yaranıb

Baxılıb: 533     Tarix: 21-06-2021 09:43   

Hindistanın Maxaraştra ştatı koronavirusun "delta plyus" (B.1.617.2.1) adını almış ştammının yeni növünə 20 yoluxma haqqında bildirib.
“Report”un məlumatına görə, bu barədə Tibbi Təhsil və Tədqiqatlar İdarəsinin başçısı, doktor T.P.Laxan “India TV” telekanalına müsahibəsində deyib.
"Biz Navi-Mumbayda, Palqaredə və Ratnaqiridə "delta plyus"u tapdıq. Bundan sonra daha bir neçə nümunələr analizə göndərilib və hesabatları gözləyirik", - o, bildirib.
Yeni ştamma yoluxma ilə bağlı 5 hal Ratnaqiri liman şəhərində qeydə alınıb, bu halda iki yoluxmada heç bir simptom olmayıb. Hakimiyyətin koronavirusun yayılmasının qarşısının alınması üçün xüsusi zonalar yaradıb və mutasiyanın aşkarlandığı əraziləri bloklayıb.
Hindistan dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ilk yerlərdən birini tutur.

Qanunvehedef.azшаблоны для dle 11.2