Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bu NATO ölkəsi Bakı ilə hərbi sənəd imzalayır

Baxılıb: 326     Tarix: 13-09-2021 13:55   

Latviya Nazirlər Kabinetinin sabahkı iclasında Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq üzrə sənədlər paketi müzakirəyə çıxarılacaq.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Bb.lv” saytı yayıb. Məlumata görə, sənədi Latviya müdafiə naziri Artis Pabriks təqdim edəcək. Müzakirəyə təqdim edilən sənədin konfidensial xarakter daşımadığı bildirilib.
Yeni sənəddə Azərbaycanla Latviya arasındakı əməkdaşlığın milli maraqlara xidmət etdiyi və heç bir üçüncü dövlətə qarşı yönəlmədiyi vurğulanıb. Ümumilikdə sənəddə 15 istiqamətdə əməkdaşlığın müəyyən edildiyi bildirilib. Bunlar sırasında siyasətdən dalğıcların hazırlığı strategiyaya qədər, bir sıra istiqamətlərin yer aldığı qeyd edilib.
Tərəflərin hərbi sənaye kompleksi sferasında, hərbi geodeziya, topoqrafiya, informasiyası və meteorologiya, hərbi tibb, logistika sahəsində də qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətində olduğu bildirilib.
Bundan başqa tərəflərin hər il tədbirlər planı hazırlayacağı və qarşılıqlı səfərlər təşkil edəcəyi deyilib.
Sayt sənədin NATO rəhbərliyi ilə razılaşdırıldığını yazıb. Üstəlik, bunun sayəsində Bakıya dəstəyin verildiyi vurğulanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar