Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ermənistan 10 dəqiqəsi 110 min dollara olan dron gətirtdi

Baxılıb: 282     Tarix: 22-09-2021 11:25   

Ermənistan rəhbərliyi ölkənin müstəqilliyinin 30 illiyi münasibətilə təşkil olunan bayram tədbirləri üçün Rusiyadan xüsusi dronlar sifariş verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “168.am” saytı məlumat yayıb.
“Mənbələrdən əldə etdiyimiz məlumata görə, bu dronlar olduqca bahalıdır. Onların 10 dəqiqəlik icarə haqqı 110 min dollara başa gəlir”, - məlumatda bildirilib.
Bundan başqa, bu dronları idarə etmək üçün də Rusiyadan heyət gətirilib.
Qəzet yazır ki, həmin mütəxəssislərin oteldə qalmaq haqqı və digər xərcləri də sifarişçi tərəfindən ödənilib.
Ümumiyyətlə, erməni mediası yubiley mərasiminə Ermənistan hökumətinin “səxavətlə” milyonlar xərclədiyini və indiki ağır iqtisadi şəraitdə bunun niyə edildiyinin anlaşılmadığını qeyd edib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar