Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Çində 28 nəfər daşqınların qurbanı oldu - Video

Baxılıb: 520     Tarix: 12-10-2021 10:53   
Çində ötən sutka təqribən 30 nəfər daşqınların qurbanı olub. 
Qanunvehedef.az Çinin KİV-nə istinadən xəbər verir ki, daşqınlar Şansi əyalətində 15 nəfərin həyatına son qoyub.
Payız daşqınları səbəbindən 120 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.
Bildirilir ki, daşqınlar nəticəsində 37 mindən çox ev və tikili zərər görüb və yaxud tamamilə dağılıb, əkin sahələrini su basıb. Təbii fəlakətin iqtisadiyyata vurduğu ziyan 770 milyon dolları ötüb.
Hebey əyalətində isə 13 nəfər həlak olub. Belə ki, içərisində 51 sərnişin olan avtobusun sürücüsü qadağaya baxmayaraq su basmış körpünün üzərinə çıxıb və avtobus suya aşıb. Nəticədə, 37 nəfəri xilas etmək mümkün olsa da, 13 nəfər həlak olub. Daha 1 nəfər isə itkin düşmüş hesab edilir.
шаблоны для dle 11.2