Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Krımda 2 nəfər saxta spirtli içkidən öldü

Baxılıb: 231     Tarix: 12-10-2021 10:56   
Krımda iki rusiyalı saxta spirtli içkidən zəhərlənib.
Qanunvehedef.az “Lenta.ru”ya istinadən xəbər verir ki, iki kişi yerli mağazadan bir şüşə spirtli içki alaraq onlardan birinin evinə yollanıblar.
Onlardan biri, 38 yaşlı kişi içkini qəbul etdikdən bir qədər sonra elə oradaca dünyasını dəyişib. 33 yaşlı ev sahibi isə komaya düşüb.
Məlumata əsasən, sözügedən şəxs həkimlərin səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Həlak olan şəxslərin içdiyi içki ekspertizaya göndərilib.
Qeyd edək ki, Rusiyanın Orenburq vilayətində ötən həftə spirtli içkidən kütləvi zəhərlənmə qeydə alınıb. Burada ümumilikdə 67 nəfər zərər çəkib. Onlardan 34-ü dünyasını dəyişib.
Saxta içki satışı ilə bağlı doqquz nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan üçü azərbaycanlıdır. 1992-ci il təvəllüdlü Şirvan Səxavət oğlu Babazadə, 1986 və 1987-ci il təvəllüdlü Əliyev soyadlı şəxslər də daxil olmaqla saxlanılanlar barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun: Rusiyada kütləvi zəhərlənməyə görə azərbaycanlılar həbs edildi - Fotolar+Videoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar