Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Rosselxoznadzor” Azərbaycanın iki pendir istehsalçısının yoxlanılmasını istəyir

Baxılıb: 225     Tarix: 13-10-2021 11:27   
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Rosselxoznadzor” yayıb.
Məlumata əsasən, “Rosselxoznadzor” AQTA-dan Rusiyaya pendir ixrac edən iki şirkət barədə araşdırma aparmasını və yoxlama təşkil etməsini istəyir. Bildirilir ki, sözügedən iki şirkət öz istehsal etdikləri pendirləri Polşa və Litva pendir məhsulları adı ilə Rusiyaya idxal etməkdə şübhəli bilinir.
“Rosselxoznadzor”, həmçinin agentlikdən həmin müəssisələrin istehsal həcmi və Rusiya bazarına idxal olunan məhsulların növləri barədə məlumat təqdim etməsini də tələb edib.
Qeyd olunur ki, Azərbaycan tərəfi öz növbəsində lazımi tədbirlər görəcəyini bildirib və rusiyalı mütəxəssisləri hər iki şirkətdə yoxlama aparmaq üçün dəvət edib.



{sape_links}{sape_article}