Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Saxlanılmazdan əvvəl yalnız bir ədəd xəngəl yediyimə təəssüflənirəm” - Video

Baxılıb: 299     Tarix: 14-10-2021 11:04   
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə saxlanılarkən süfrə arxasında olduğu anın görüntüləri böyük marağa səbəb olmuşdu.
Videodan onun əlləri qandallanarkən belə yeməyini davam etdirdiyini və spirtli içki qəbul etdiyini aydın görmək mümkündür.
Qanunvehedef.az-ın xəbərinə görə, Saakaşvili saxlanıldığı Rustavi həbsxanasından “Mtavari arxi” teleşirkətinə verdiyi müsahibəsində bildirib ki, həmin an yalnız bir gürcü xəngəli yeyə bilib.“Mən Batumi, Kutaisi, Poti, Lançxutini, Sameqrelonun bir neçə yerini ziyarət etdim. Rikotidə lobianinin dadına baxdım. Saxlanılmazdan az əvvəl isə xəngəl sifariş verdim. Təəssüflər olsun ki, yalnız bir ədəd gürcü xəngəli yeyə bildim”, - deyə Saakaşvili qeyd edib.
Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-i səkkiz ildən sonra Gürcüstana qayıdıb. Keçmiş Prezident elə həmin gün saxlanılıb.
Həmçinin oxuyun: “Saakaşvili həbsxanada yarım kq bal yeyib, necə aclıq edir?” - Qaribaşvili
 




{sape_links}{sape_article}