Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran Əfqanıstanla bağlı danışıqlarda iştirak edəcək

Baxılıb: 234     Tarix: 18-10-2021 13:54   

İran Əfqanıstandakı vəziyyətlə bağlı Moskvada keçiriləcək məsləhətləşmələrdə iştirak edəcək.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.

“Mokvada keçiriləcək iclasa gəldikdə isə, orada bizim nümayəndəmiz iştirak edəcək”, - deyə Xətibzadə əlavə edib.


Qeyd edək ki, Əfqanıstanla bağlı məsləhətləşmələrə dair “Moskva formatı” oktyabrın 20-si keçiriləcək. “Taliban” nümayəndə heyətinin də bu məsləhətləşmələrdə iştirak edəcəyi gözlənilir. 

Sözügedən format 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistanın xüsusi nümayəndələrinin altı tərəfli məsləhətləşmələr mexanizmi əsasında yaradılıb.










Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar