Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Aso vulkanı iki ildən sonra püskürdü

Baxılıb: 243     Tarix: 20-10-2021 10:53   

Yaponiyada Aso vulkanı püskürüb.
Qanunvehedef.az “Kiodo” agentliyinə istinadən xəbər verir ki, vulkan Kumamoto prefekturasında yerləşir.
Yaponiyanın Baş meteoroloji idarəsi təhlükəsizlik səviyyəsini mümkün 5-dən 3-ə qaldırıb. Bununla yanaşı, əhaliyə vulkanın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib və bildirilib ki, püskürmə nəticəsində qaya parçaları 2 km məsafəyə kimi atıla bilər.
Qeyd olunur ki, vulkanın yaxınlığında Toşima kəndi yerləşir və kənd sakinləri püskürmə səbəbindən təhlükə ilə üzləşə bilərlər.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, Aso dünyanın ən böyük vulkanlarından biri hesab olunur. Onun hündürlüyü 1592 metrə çatır. Sözügedən vulkan sonuncu dəfə 2019-cu ildə püskürüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar